media-cededa22-8850-4efc-8e99-8680a7168e1b-1

Misir və Efiopiya arasında diplomatik gərginlik qarşılıqlı “arzuolunmaz şəxs” qərarları ilə yeni mərhələyə keçib.

ERAmedia xəbər verir ki, Efiopiyanın misirli diplomatı “arzuolunmaz şəxs” elan etməsindən sonra Qahirə də Efiopiyanın Misirdəki səfirliyində çalışan müşaviri “arzuolunmaz şəxs” elan edib və ona ölkəni tərk etməsi üçün 48 saat vaxt verib.

Qahirə ilə Əddis-Əbəbə arasında diplomatik gərginliyin qarşılıqlı “arzuolunmaz şəxs” qərarları ilə daha da artdığı bildirilir. Misir Əddis-Əbəbədəki səfirliyində çalışan diplomatına qarşı qəbul edilən qərardan sonra qarşılıqlılıq prinsipini tətbiq etdiyini açıqlayıb.

Misirin rəsmi MENA xəbər agentliyinə danışan yüksək səviyyəli rəsmiyə görə, Qahirədəki Efiopiya səfirliyinin müşaviri “arzuolunmaz şəxs” elan edilib və ondan 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.

Rəsmi şəxs Misirin digər ölkələrin daxili işlərinə müdaxiləni qəti şəkildə rədd etdiyini vurğulayıb. Onun sözlərinə görə, Qahirə beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq, Efiopiya da daxil olmaqla digər ölkələrdə baş verən daxili proseslərlə bağlı şərh verməmək siyasətini davam etdirir.

Rəsmi şəxs bildirib ki, qarşılıqlılıq prinsipi əsasında Qahirədəki Efiopiya səfirliyində çalışan müşavir də “arzuolunmaz şəxs” elan edilib və diplomata Misiri tərk etməsi üçün 48 saat vaxt verilib.

Misirli rəsmi Efiopiyanın daxili problemlərini xarici müdaxilələrlə əlaqələndirdiyini iddia edib. O, Efiopiyanın “idarəçilikdəki uğursuzluqlarını və ardıcıl yaşadığı böhranları guya xarici müdaxilələrlə əlaqələndirərək davam edən problemlərini ört-basdır etmək” təcrübəsinə malik olduğunu bildirib.

Qeyd edək ki, Efiopiya daha əvvəl Eritrenin paytaxtı Əsmərədəki səfirliyini bağlayıb və Əddis-Əbəbədə fəaliyyət göstərən 10 Eritreya diplomatını “arzuolunmaz şəxs” elan edib.

Bundan sonra Efiopiya Əddis-Əbəbədəki Misir səfirliyində çalışan bir diplomatı da “arzuolunmaz şəxs” elan edərək ölkəni tərk etməsi üçün ona müddət verib.

Vural


media-adspc

Bənzər xəbərlər