media-63981bb0-41be-11f0-acb7-b9fff97833b2-jpg

ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin amerikalı jurnalistlərlə ünsiyyətdə zəif olduğunu bildirib.

ERAmedia xəbər verir ki, Tramp Texasda tərəfdarları qarşısında keçirilən mitinqdə Baydenin jurnalistlərin suallarını cavablandırmasını tənqid edib.

“Yuxulu Co Bayden nəyisə səhv desəydi, onlar (jurnalistlər) heç narahat olmazdılar. Amma ona çətin suallar vermirdilər. Neçə dəfə ondan ən sevdiyi dondurmanın hansı olduğunu soruşdular. Bu, verilən ən çətin sual idi”, – deyə Tramp bildirib.

Daha sonra ABŞ lideri Baydenin kağızdan oxumasını və jurnalistləri çağırarkən onları gözdən itirməsini təqlid edib.

“Əgər ölkəmiz Co və ya Kamala (Trampın seçkilərdə rəqibi Kamala Harris), yaxud Obama (ABŞ-ın keçmiş prezidenti Barak Obama) ilə əziyyət çəkməli olsaydı, əgər mən bu seçkiləri qazanmasaydım, əgər biz bu seçkiləri qazanmasaydıq, artıq ölkəmiz olmazdı”, – deyə Tramp vurğulayıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər