Volodin Dövlət Dumasının sədri seçildi
Rusiyanın IX çağırış Dövlət Dumasının deputatları ilk plenar iclasında Vyaçeslav Volodini palatanın sədri seçiblər.
ERAmedia xəbər verir ki, Volodinin namizədliyinə 442 deputatdan 406-sı səs verib. Onun Rusiya Kommunist Partiyasından olan rəqibi Dmitri Novikov isə 36 səs toplayıb.
Volodinin namizədliyi “Vahid Rusiya” fraksiyası tərəfindən irəli sürülüb. O, VII və VIII çağırış Dövlət Dumasına da rəhbərlik edib.
Səsvermə açıq və alternativ əsasda keçirilib. Liberal Demokrat Partiyası (LDPR), “Yeni İnsanlar” və “Ədalətli Rusiya” partiyaları bu vəzifəyə öz namizədlərini irəli sürməyiblər.
Volodin həmkarlarına dəstəyə və etimada görə təşəkkür edib.
Qeyd edək ki, sentyabrın 28-də Rusiya Prezidenti Vladimir Putin yeni çağırış Dövlət Dumasına seçkilərin nəticələrinə əsasən parlamentə daxil olan partiyaların liderləri ilə görüşdə Volodinin namizədliyini dəstəkləyib.










