Putin Təhlükəsizlik Şurasını təcili topladı
Rusiya Prezidenti Vladimir Putin ölkədə ictimai təhlükəsizliyə təhdidlərin neytrallaşdırılması üzrə əlavə tədbirləri müzakirə etmək üçün Təhlükəsizlik Şurasının üzvlərini təcili toplayıb.
ERAmedia xəbər verir ki, Ria Novosti-nin məlumatında bildirilib.
“Bu gün bizim müzakirə edəcəyimiz məsələ Rusiyada ictimai təhlükəsizliyə təhdidlərin neytrallaşdırılması üzrə əlavə tədbirlərdir”, – dövlət başçısı iclasa başlayarkən deyib.
İclasda Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev məruzə ilə çıxış edib. Agentliyin məlumatına görə, o, xüsusilə yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntularının profilaktikası və yeniyetmələr arasında cinayətkarlığın qarşısının alınması üçün əlavə tədbirlər barədə məlumat verib.










