Məkkədə fövqəladə vəziyyət xəbərdarlığı elan ediib
Səudiyyə Ərəbistanı Yəmən husilərinin hücumlarına məruz qalan Məkkə, Ciddə və Taif də daxil olmaqla bəzi ərazilərində fövqəladə vəziyyət xəbərdarlığı edib.
ERAmedia xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.
Bəyanatda sakinlərə həyatlarını və əmlaklarını qorumaq üçün Mülki Müdafiə qruplarının təlimatlarına əməl etməyə, toplaşma yerlərindən uzaq durmağa və foto və video çəkməkdən çəkinməyə çağırılıb.
Bildirək ki, Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları Səudiyyə Ərəbistanını paytaxt Sənaya dron hücumları həyata keçirməkdə günahlandırıb və qisas almaqla hədələyib.









